...

Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyatdır - iqtisadi inkişaf nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2009 19:59 (UTC +04:00)
Azərbaycan təkcə dünyada iqtisadiyyatı ən sürətlə artan ölkə deyil, həm də Dünya Bankının məlumatına görə, aparıcı islahatçı ölkədir. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Londonda keçirilən I Azərbaycan Beynəlxalq investisiya sammitində deyib.
Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyatdır - iqtisadi inkişaf nazirinin müavini

Böyük Britaniya, London, 08 dekabr / Trend , müxbir D.Nikolson/

Azərbaycan təkcə dünyada iqtisadiyyatı ən sürətlə artan ölkə deyil, həm də Dünya Bankının məlumatına görə, aparıcı islahatçı ölkədir. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Londonda keçirilən I Azərbaycan Beynəlxalq investisiya sammitində deyib. Sammitdə iştirak edən Trend -ın xüsusi müxbiri məlumat verir.

ÜDM-in ümumi həcmi ötən 5 il ərzində 5 dəfə artıb. 2006-cı ildə ÜDM-in artım sürəti 34,5%-ə çatıb.

Azərbaycanda adambaşına düşən UDM 5 min dollardan artıq təşkil edir, əhalinin həyat səviyyəsi yaxşılaşıb, yoxsulluq səviyyəsi isə azalıb. Azərbaycan dünya ressesiyası ilə bağlı ən pis problemlərdən yan keçə bilib. Azərbaycan Respublikası Dövlət Neft Fondunun sərəncamında olan müstəqil vəsaitin həcmi hazırda 14 milyard dollardan artıq təşkil edir və millətin gələcəkdə firavan yaşayışını təmin edir.

Xəbər lenti

Xəbər lenti