...

Azərbaycan bankı Birlik Bank xarici səhmdarın cəlb olunmasına dair danışıqlar aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir N.İsmayılova/

Türkiyənin Maan Guarantee Holding-i Azərbaycan bankı Birlik Bankın kapitalının 40% səhmini almaqda maraqlıdır. Bu barədə cümə axşamı bankın İdarə Heyətinin sədri Səriyyə Səmədova deyib.

"Bu günə bu kimi planlar var, lakin bu məsələ hələ tam razılaşdırılmayıb. Biz hələ ki holdinqlə, holdinq rəhbərliyinin Azərbaycana səfəri zamanı davam etdiriləcək danışıqlar prosesindəyik", - Səmədova deyib.

O, bu prosesin başaçatma müddətini deməyə çətinlik çəkib, belə ki, Türkiyə holdinqinin bankın səhmdarlar heyətinə daxil olması konkret qərar deyil, yalnız ideyadır. Bunun üçün həm də Azərbaycan Mərkəzi Bankının icazəsini almaq tələb olunur.

"Holdinq səhmdarlar heyətinə daxil olacağı təqdirdə, bankın fəaliyyət strategiyasına yenidən baxılması gözlənilir, - Səmədova deyib. - Hətta xarici səhmdar cəlb olunmasa belə, yenidən baxılması gözlənilir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti