...

"Azərbaycan Dəmir Yolları" QSC yanvar-noyabrda 18 milyon tondan çox yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir E.İsmayılov/

Yanvar-noyabrda "Azərbaycan Dəmir Yolları" QSC-nin yükdaşımasının həcmi 18,9 milyon tondan artıq təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 25,6 faiz azdır. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nazirov deyib. QSC tərəfindən daşınılmış yüklərin ümumi həcminin doqquz milyon tonu neftdaşıma yüklərinin payına düşüb. Daşınmanın həcminin azalması dünya maliyyə-iqtisadi böhranı ilə izah edilir.

"11 ay ərzində QSC 18 milyon 940 min ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün 74,4 faizini təşkil edir", - Nazirov deyib.

Böhran bütün sahələrə, xüsusilə də avtomobil və hava daşıyıcılarına, o cümlədən yük daşıyıcılarına toxunub ki, bu da işgüzar fəallığın aşağı düşməsi ilə əlaqələndirilib.

"Sərnişindaşımada azalma müşahidə olunmur, bu seqment üzrə göstəricilər nəticə etibarilə ötən illə eynidir", - Nazirov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti