...

Azərbaycan hökuməti kasıblığın səviyyəsini sıfıra endirmək niyyətindədir – Əmək Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Bu gün Azərbaycanda əhalinin 13 faizi kasıblıq səviyyəsindədir. Bu barədə cümə axşamı Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kasıblıq və ünvanlı sosial yardım problemləri üzrə şöbəsinin baş məsləhətçisi Musa Ağamalıyev bildirib.

"2003-cü ildə bu göstərici 49,2%, 2008-ci ildə isə 15,8% təşkil edib", - Ağamalıyev deyib.

Onun sözlərinə görə, bu nəticələr dövlət proqramları və layihələrinin reallaşdırılması, həmçinin davamlı inkişaf üzrə ölkədə kasıblıq səviyyəsinin maksimal dərəcədə endirilməsi məqsədi daşıyan strategiyanın qəbul edilməsi nəticəsində əldə olunub.

Ölkə hökuməti, həmçinin Əmək Nazirliyi bütün bu proqramları, xüsusilə də regionlarda 600 mindən çox vətəndaşın iş yeri ilə təmin edilməsinin reallaşdırılması zamanı dövlət sosial-iqtisadi inkişaf proqramını uğurla həyata keçirir.

"Dünyada elə bir ölkə yoxdur ki, orada kasıblar olmasın, lakin Azərbaycan hökumətinin başlıca məqsədi ölkədə kasıblığın səviyyəsini sıfıra endirməkdir", - Ağamalıyev deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti