...

Azərbaycan bankı Muğan Bankın səhmlərinin emissiya prospekti qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Dekabr 2009 19:56 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Muğan Bank-ın adsız sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycan bankı Muğan Bankın səhmlərinin emissiya prospekti qeydə alınıb

Azərbaycan, Bakı, 10 dekabr / Trend /

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Muğan Bank-ın adsız sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.

Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. Emissiyanın həcmi 1 milyon manat, qiymətli kağızların sayı 500 ədəd, hər birinin nominal dəyəri isə 200 manat təşkil edir.

Bankın nizamnamə kapitalı 13 milyon manat təşkil edir. Yeni emissiyanın yerləşdirilməsindən sonra isə 14 milyon manata çatdırılacaq.

Muğan Bank 1992-ci ildən fəaliyyət göstərir. Bü gün bankın ölkədə 26 filialı və 4 bank şöbəsi var.

Dekabrın 10-na olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti