...

IT-nin neft-qaz sektoru ilə birləşdirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün müsbət olardı – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 15:40 (UTC +04:00)
Yüksək texnologiyaların neft-qaz sektoru ilə birləşdirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün yaxşı təkan ola bilər, Yaponiyanın Azəbayacandakı səfiri Masamitsu Oki hesab edir.
IT-nin neft-qaz sektoru ilə birləşdirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün müsbət olardı – səfir

Azərbaycan, Bakı, 11 dekabr / Trend , Y.Ostapenko/

Yüksək texnologiyaların neft-qaz sektoru ilə birləşdirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün yaxşı təkan ola bilər, Yaponiyanın Azəbaycandakı səfiri Masamitsu Oki hesab edir.

"Hər bir ölkənin öz üstünlükləri var, Azərbaycan üçün bu, neft və qazdır. Əgər siz bunu yüksək texnologiyalarla ilə birləşdirə bilsəniz, ölkə qabağa gedəcək", Oki cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində deyib.

İqtisadiyyatın bərpa olunmasında Yaponiya əsas 3 əsas aspektin tərəfdarıdır - təhsil, elm, texnologiya. Okinin sözlərinə görə, Azərbaycan da bu yolla getməli və bu prinsiplərə riayət etməlidir.

"Əgər siz qonşu ölkələr ilə birləşə bilsəydiniz, məsələn, Aİ ölkələri ilə, daha geniş bazar əldə edərdiniz", - Oki deyib. Səfir hesab edir ki, Azərbaycan məhsulunun rəqabət qabiliyyəti üçün yerli brendlərin yaradılması vacibdir.

"Əgər bu brendirsə və mal keyfiyyətlidirsə, baha olmasına baxmayaraq, insanlar onu alacaq", - səfir deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti