...

Bakıda torpaq sahələrinin satış müddəti 244 günədək uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Noyabr ayında Bakının torpaq bazarında 1 sotun qiyməti 2,2 % azalaraq, 16341 dollara çatıb. Oktyabr ayında bu göstərici 15982 dollar olub, cümə günü "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Ay ərzində qiymətlərin azalması şəhərin bütün zonalarında müşahidə edilib, birlikdən deyilib.

Qiymətlərin ən nəzərəçarpacaq azalması Bakının Nizami rayonunda müşahidə edilib - 5,4%. Ən passiv rayon Nəsimi rayonu, ən aktiv rayon isə Binəqədi və Sabunçu rayonları olub.

Oktyabr ayında olduğu kimi heç bir rayonda qiymət artımı müşahidə edilməyib.

Torpaq sahələrinin ekspozisiya müddəti daha 08% artaraq 244 günə çatıb.

Noyabr ayında ən bahalı torpaq sahəsi Nərimanov rayonunda (sotu 150 min dollar), ən ucuz torpaq sahəsi isə Abşeron rayonunda (sotu 400 dollar) qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected].

Xəbər lenti

Xəbər lenti