...

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yeni tunelin açılışında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 14:57 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib, "AzərTAc" Dövlət İnformasiya Agentliyinin məlumatında deyilir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda yeni tunelin açılışında iştirak edib

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərində Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində müxtəlif səviyyəli yol qovşağına daxil olan tunelin açılışında iştirak edib, "AzərTAc" Dövlət İnformasiya Agentliyinin məlumatında deyilir.

Prezident İlham Əliyevə məlumat verilib ki, Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinə uyğun olaraq Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində inşa edilən yol qovşağına daxil olan tunel ikimərtəbəlidir.

Birinci mərtəbədə dördzolaqlı avtomobil yolu, ikinci mərtəbədə isə geniş dayanacaq inşa olunub.

Tunelin örtülü hissəsi 310 metr, giriş və çıxışları ilə birlikdə ümumi uzunluğu 610 metrdir.

2007-ci ildən başlayan tikinti işlərini Nəqliyyat Nazirliyinin sifarişi ilə Türkiyənin "Yapılar İnşaat-Ticarət LTD" şirkəti yerinə yetirib.

Yol qovşağında piyadalar üçün 5 keçid inşa olunub.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib, görülmüş işlərlə tanış olub, inşaatçıları təbrik edərək, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti