...

Azərbaycan və Belarus 2010-cu ildə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üzrə prioritetləri müəyyən ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 15:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir T.Konyayeva/

Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan və Belarus Respublikaları arasında mal dövriyyəsi artır, Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç cümə günü deyib.

"2009-cu ildə idxal-ixrac əməliyyatlarının artım sürəti 114%-ə çatıb və buna əldə edilmiş hüquq-normativ baza kömək edib", - səfri deyib.

O, Gəncə Avtomobil Zavodunda traktor istehsalının təşkil edildiyini qeyd edib. Səfirin sözlərinə görə, bu günlərdə MAZ bazasında avtomobil kranlarının birinci partiyası başa çatdırılaraq buraxılacaq. Hazırda Gəncə zavodunda xüsusi kommunal texnikanın istehsalına hazırlıq gedir.

"Gələn ilə "AZAL" QSC və "Belavia" həftədə 4 uçuç təşkil etməyi planlaşdırır. Bu gün həftədə iki reysin təşkil edilməsi ilə ölkələrimiz arasındakı iş əlaqələrinin sayı artıb", - Patskeviç deyib.

"2010-cu ildə iqtisadi-ticari sahədə əsas vəzifə müxtəlif birgə müəssisələrin yaradılması, istehsal koorporasiyasının dərinləşdirilməsi və uzunmüddətli iqtisadi əməkdaşlığın yaradılmasıdır", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti