...

Bank Melli Iran-ın Bakı filialı nizamnamə kapitalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir N.İsmayılova/

Bank Melli Iran-ın Bakı filialı nizamnamə kapitalını 40 faiz artırıb. Bu barədə cümə günü bank filialının direktor müavini Anar İbrahimov bildirib.

"Bankın nizamnamə kapitalı 10 milyon manatdan 14 milyon manata kimi artıb", - İbrahimov deyib.

Onun sözlərinə görə, nizamnamə kapitalının artımı bankın baş ofisinin 3 miyon manat miqdarında ayırdığı vəsait və 1 milyon manat bankın gəliri hesabına həyata keçirilib.

Dekabrın 11-nə olan rəsmi məzənnə 0,8028 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti