...

Azərbaycanda mənşəyi məlum olmayan təxminən 7 min ədəd uşaq oyuncağı məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2009 19:23 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin istehlak bazarında növbəti monitorinqi zamanı mənşəyi məlum olmayan 6956 ədəd uşaq oyuncağı aşkarlanıb və satışdan çıxarılıb.
Azərbaycanda mənşəyi məlum olmayan təxminən 7 min ədəd uşaq oyuncağı məhv edilib

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir N.İsmaylova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin istehlak bazarında növbəti monitorinqi zamanı mənşəyi məlum olmayan 6956 ədəd uşaq oyuncağı aşkarlanıb və satışdan çıxarılıb. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Monitorinq "Sədərək" ticarət mərkəzində keçirilib. Satışdan çıxarılan oyuncaqların üzərində istehsalçı adı, istifadə qaydaları, ünvan göstərilməyib, keyfiyyət standartı nişanı olmayıb. Müsadirə edilmiş oyuncaqlar ölkə qanunvericiliynidə müəyyən olunmuş qanunlara müvafiq olaraq məhv edilib.

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti alıcıların uşaq oyuncaqları alarkən onların üzərində istehsalçı və istehlak qaydaları haqqında məlumatın olmasına diqqət yetirmələrini məsləhət görür.

Xəbər lenti

Xəbər lenti