...

Azərbaycanda 2010-cu ilin yanvar ayında etalon mərkəzi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2009 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir Ü.İsmayılova/

"Azərbaycanda etalon mərkəzi 2010-cu ilin yanvar ayında açılacaq", - şənbə günü Azərbaycanın Standartlaşdırna, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

"Azərbaycanda etalon mərkəzinin yaradılması Avropa İttifaqı ilə Tvininq proqramı çərçivəsində həyata keçirilir və lazım olan avadanlıqların yanvar ayında ölkəyə çatdırılması gözlənilir, - Həsənov deyib. - Etalon mərkəzinin yaradılması dövlət komitəsinin xüsusi diqqət yetirdiyi məsələlərdən biridir".

Onun fikrincə, dəqiq ölçünün olmadığı və onların beynəlxalq standartlara cavab vermədiyi halda məhsulların və xidmətlərin keyfiyyəti barədə danışmaq çətindir. "Dövlət komitəsi hazırda əldə edilmiş standartların tətbiqi və quraşdırılması işlərini aparır, həmçinin etalon bazasının genişləndirilməsi üzrə proqram işlənib hazırlanır", - Həsənov deyib.

Azərbaycanın etalon mərkəzi Avropa İttifaqının qrantı hesabına yaradılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti