...

Gürcüstanın iqtisadiyyatı yalnız 4% azalacaq – Baş nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2009 11:48 (UTC +04:00)
Hökümətin iqtisadiyyatın stimullaşdırılması üzrə paketi öz bəhrəsini verib. Bu bəyanatı Gürcüstanın Baş naziri Nika Qilauri ötən ilin yekunlarının qiymətləndirərkən səsləndirib.
Gürcüstanın iqtisadiyyatı yalnız 4% azalacaq – Baş nazir

Gürcüstan, Tbilisi, 14 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Hökümətin iqtisadiyyatın stimullaşdırılması üzrə paketi öz bəhrəsini verib. Bu bəyanatı Gürcüstanın Baş naziri Nika Qilauri ötən ilin yekunlarının qiymətləndirərkən səsləndirib.

Qilaurinin bəyanatına əasən, ilin əvvəlində elan edilmiş iqtisadiyyatın stimullaşdırılması paketi və mayda dərc edilmiş maliyyə stimullaşdırılması planı həmin nəticəni verib, beləki dünya maliyyə böhranı şərtləri altında Gürcüstan cari ili yalnız 4% azalma ilə başa vurur.

"Kifatət qədər çətin il olub. Lakin bizim iqtisadiyyatımız yalnız 4% azalacaq. Təbii ki, 4% yaxşı iş deyil. Ancaq başqa ölkələrdə vəziyyət daha ağırdır. Məsələn, BVF-nin hesabatına görə, Latviyanın iqtisadiyyatında 18%, Estoniyanın - 17%, Rusiyanın - 7,5%, Avropa İttifaqı ölkələrində isə 4,2% azalma var. Həmçinin onu da yaddan çıxarmaq olmaz ki, Gürcüstanda iki ay iqtasadiyyat praktiki olaraq dayanıb. Bu, aprel-may aylarında olan etiraz aksiyaları zamanı baş verib", - Baş nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti