...

Bakı-Tbilisi-Qars dəmiryolunun inşası qrafikə uyğun aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2009 11:40 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun inşası qrafikə uyğun olaraq aparılır. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nazirov deyib.
Bakı-Tbilisi-Qars dəmiryolunun inşası qrafikə uyğun aparılır

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir E.İsmayılov/

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun inşası qrafikə uyğun olaraq aparılır. Bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nazirov deyib.

"İşlər həm Gürcüstan, həm də Türkiyə ərazisində aparılır. Bu layihə çərçivəsində işlər qrafikə uyğun aparılır", - Nazirov deyib.

Nazirovun dediyi kimi, dəmiryol 2011-ci ildə istismara veriləcək.

Layihə çərçivəsində Gürcüstan ərazisində dəmiryol stansiyasının inşası üzrə tenderin qalibi artıq müəyyən olunub. Tenderin qalibi Azərbaycanın arxitektura layihə-sənaye şirkəti "Kontur" olub.

Axalkalaki stansiyasının tikintisinə 2010-cu ildə başlanılması, 2011-ci ildə isə sona çatdırılması planlaşdırılır.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə Gürcüstanda olan dəmiryolundan qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti