...

Azersun Holding onlayn satış sistemi tətbiq etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2009 14:46 (UTC +04:00)
Azersun Holding öz məhsullarının onlayn satış sistemini tətbiq etmək niyyətindədir. Bu barədə bazar ertəsi, şirkətin korporativ PR departamentinin rəhbəri Fuad Həsənov holdinqin korporativ və brend saytlarının təqdimatı zamanı deyib. "Onlayn satış sistemi yalnız topdanşatış üçün tətbiq ediləcək, şirkət elektron sistem vasitəsilə öz məhsullarını pərakəndə satmayacaq", - Həsənov deyib.
Azersun Holding onlayn satış sistemi tətbiq etmək niyyətindədir

Azərbaycan, Bakı, 14 dekabr / Trend /

Azersun Holding öz məhsullarının onlayn satış sistemini tətbiq etmək niyyətindədir. Bu barədə bazar ertəsi, şirkətin korporativ PR departamentinin rəhbəri Fuad Həsənov holdinqin korporativ və brend saytlarının təqdimatı zamanı deyib. "Onlayn satış sistemi yalnız topdanşatış üçün tətbiq ediləcək, şirkət elektron sistem vasitəsilə öz məhsullarını pərakəndə satmayacaq", - Həsənov deyib.

Onun sözlərinə görə, Azersun Holding artıq onlayn sistemini tətbiq edir, lakin hələlik ancaq şirkətdə fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsulların mağazalara və distribütorlara çatdırılması ilə məşğul olan Azərsun Ticarət və Dağıtım şirkəti üçün tətbiq edir.

Həsənov deyib ki, Azərsun Ticarət və Dağıtım şirkəti artıq həm yerli, həm də xarici idxalçıların onlayn sifarişlərini qəbul edir.

Bu gün şirkətin doqquz korporativ və doqquz brend saytının təqdimatı keçirilib. Saytları 2008-ci ilin noyabrından işə başlayan Silverkey şirkəti hazırlayıb.

Sayt dörd dildə: Azərbaycan, rus, ingilis və türk dillərində təqdim edilib, Silverkey şirkətinin rəhbəri Fərid İslamzadə deyib.

Şirkət aşağıdakı korporativ saytları təqdim edib: www.azersun.com, www.bakiyag.az, www.suntea.az. www.asib.az, www.qafqazkonserv.az, www.qafqazkagiz.az, www.atd.az, www.kartontara.az, www.qafqazmetal.az.

Həmçinin aşağıdakı brend saytları təqdim edib: www.azercay.az, www.maryam.az, www.gulum.az, www.mocuze.az, www.aura.az, www.bizimtarla.az, www.pasha.az, www.bono.az,www.sunpaper.az.

Azersun Holding 1992-ci ildə yaradılıb. Holdingin fəaliyyət sferasına çay və bitki yağlarının emalı və çəkilib bükülməsi, ticarət və distribüterlik, inşaat, bank işi, karton-kağız məmulatlarının istehsalı, ət və tərəvəz konservləri, şəkər, yüklərin daşınması, saxlanılması və s. daxildir.

Xəbər lenti

Xəbər lenti