...

Azərbaycanda "Çovdar" mədən yatağının işlənməsi layihəsinin TİƏ-nin hazırlanması üzrə tender elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2009 18:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir N.İsmayılova/

"Qaradağ", "Çovdar", "Göydağ", "Dağkəsəmən" mədən yataqlarında və "Kürəkçay" hövzəsində araşdırma və hasilata dair əməliyyat şirkəti olan Azerbaijan International Mineral Resources Operating Co şirkəti "Çovdar" mədən yatağının işlənməsi layihəsinin ilkin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması üzrə tender elan edib. Bu barədə şirkətin məlumatında deyilir.

Məlumatda deyilir ki, TİƏ layihəsinin hazırlanmasının başlanğıcı 2010-cu ilin fevralına, sona çatdırılması isə 2010-cu ilin iyuluna təyin edilib. TİƏ-nin yekun variantına dair işlərin sona çatdırılması 2010-cu ilin dekabr ayı üçün müəyyən olunub.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlərin təklifləri 2010-cu il yanvarın 14-dən 26-dək qəbul olunur.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı ilkin və yekun TİƏ-nin hazırlanmasında iş təcrübəsinə, xüsusilə də Azərbaycanda və postsovet ölkələrində iş təcrübəsinə malik olanlara üstünlük veriləcək.

Ölkə Azerbaijan International Mineral Resources Operating Co.Ltd (AIMROC) şirkətindən "Qaradağ", "Çovdar", "Göydağ", "Dağkəsəmən" filiz sahələrində, Köhnə mədən sahəsində hasilat layihəsinin reallaşdırılmasından 30 faiz gəlir əldə edəcəyini gözləyir. Onlardan yalnız ağır texnoloji avadanlıqların işlədilməsini tələb etməyən sonuncu 200-dən 1000 kiloqrama qədər qızıl saxlaya bilər.

Xəbər lenti

Xəbər lenti