...

Noyabrda Bakının avtomobil bazarında 7 mindən artıq avtomobil təklif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2009 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Noyabrda Bakının avtomobil bazarında oktyabrda olduğu kimi, avtomobillərin orta qiyməti 16 100 dollar səviyyəsində qeydə alınıb. Bu barədə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bazar ertəsi məlumat verilib.

Noyabrda keçirilən monitorinqlərin yekunlarına əsasən, Bakının avtomobil bazarının aktivliyi nisbətən artıb. Avtomobillərin alqı-satqısı üzrə sazişlərin dinamikasında 0,8%-lik artım olsa da avtomobil bazarında təkliflər stabil qalıb. Noyabrda Bakının avtomobil bazarında 7 100 avtomobil təklif edilib ki, bunlardan yalnız 38,1%-i noyabr ayında təklif edilən avtomobillərdir, qalan 61,9% isə ötən aylardan qalan təkliflərdir.

Artıq iki ildən çoxdur ki, Bakının avtomobil bazarında ən tanınmış marka "Mercedes Benz"-dir. Noyabrda bu markanın payı 0,7% artaraq 38,7%-ə çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti