...

Bank Respublika-da əhalinin əmanətləri 97 mln. manatı keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 12:30 (UTC +04:00)
Bank Respublika-nın aktivləri 1 dekabr 2009-cu il tarixi üçün 368,9 mln. manata çatıb. Hesabat dövrünə Bankın kredit portfeli üzrə qalıq 226,3 mln. manat təşkil edib.
Bank Respublika-da əhalinin əmanətləri 97 mln. manatı keçib

Bakı, Azərbaycan, 154 dekabr / Trend /

Bank Respublika-nın aktivləri 1 dekabr 2009-cu il tarixi üçün 368,9 mln. manata çatıb. Hesabat dövrünə Bankın kredit portfeli üzrə qalıq 226,3 mln. manat təşkil edib.

İlin əvvəlindən müştəri hesablarında olan vəsaitlər 21,8% artaraq 165,4 mln. manatı keçib. 2009-cu ilin yanvar-noyabr ayları ərzində 114,8 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövrünə əhalinin əmanətləri 2009-cu ilin 1 yanvar tarixinə olan 64,2 mln. manatla müqayisədə 52,3% artaraq 97,7 mln. manat təşkil edib.

2009-cu ilin yanvar-noyabr ayları üzrə fəaliyyətin yekunlarına əsasən, Bank Respublika-nın gəlirləri 51,1 mln. manat, xərcləri isə 41,9 mln. manat təşkil edib. Hesabat dövrünə Bankın balans mənfəəti 9,2 mln. manat təşkil edib.

Bank Respublika 1992-ci ildən fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasında səhmdar kapitalının "25% + 1 səhm" paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı - DEG (KfW bank qrupunun üzvü) və SİDT (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. 1 dekabr 2009-cu il tarixinə Bank Respublika-nın məcmu kapitalı 59,7 mln. manat, nizamnamə kapitalı isə 30,6 mln. manatdır. Hazırda Bakı və regionlarda Bank Respublika-nın 34 filial və şöbəsi fəaliyyətdə göstərir.

Xəbər lenti

Xəbər lenti