...

Azərbaycan bankları problemli kreditlərin həcminin 90 faizi səviyyəsində ehtiyat hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 13:26 (UTC +04:00)
Azərbaycan bankları problemli kreditlərin ümumi həcminin 90 faizi səviyyəsində ehtiyat hazırlayıb. Bu barədə Mərkəzi Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin rəhbəri Rəşad Orucov deyib.

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir N.İsmaylova/

Azərbaycan bankları problemli kreditlərin ümumi həcminin 90 faizi səviyyəsində ehtiyat hazırlayıb. Bu barədə Mərkəzi Bankın Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət Departamentinin rəhbəri Rəşad Orucov deyib.rəşad orucov

"Bu, sektorun davamlılığının kifayət qədər yüksək göstəricisidir. Misal üçün, böhrana məruz qalmış Rusiya və Qazaxıstan kimi qonşu ölkələrdə bu göstərici 30-40 faiz təşkil edir", - Orucov deyib.

Onun sözlərinə görə, problemli kreditlər Azərbaycan banklarının portfelinin ümumi həcminin cəmi dörd faizini təşkil edir, lakin dünya təcrübəsinin göstərdiyi kimi, risk bu göstərici sayəsində altı fazidən çox artır.

"Bu səviyyə ciddi narahatçılıq yaratmır, lakin Mərkəzi Bank yerli banklara kreditlərin keyfiyyətini yaxşılaşdırmağa istiqamətləndirilmiş tədbirləri gücləndirməyi tövsiyə edir", - Orucov deyib.

Xəbər lenti

Xəbər lenti