...

Azərbaycan Mərkəzi Bankı infrastrukturun təkmilləşdirlməsi ilə bağlı banklara irəli sürdüyü tələbini kəskinləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda ziyanla işləyən bankların sayının 2009-cu ilin əvvəlindəki səviyyədə saxlanılması Azərbaycan Mərkəzi Bankının bank infrastrukturlarının təkmilləşdirilməsi üzrə təklifinin yerinə yetirilməsi ilə əlaqədar onların xərclərinin artırılması ilə bağlıdır. Bu barədə çərşənbə axşamı Mərkəzi Bankın Kredit təşkilatlarına nəzarət departamentinin rəhbəri Rəşad Orucov bildirib.

"Mərkəzi Bank tərəfindən bəzi banklara korporativ idarəetmə və risk-menecment sistemlərinin təkmilləşdirilməsi, əməliyyat sistemlərinin yenilənməsi tələbi irəli sürülüb, - Orucov deyib. - Bankların investisiya xərclərindən əlavə, maliyyə ehtiyatının saxlanmasının yaradılması ilə əlaqədar əlavə xərcləri də olub".

Sentyabr ayında mənfəətlə işləyən bankların sayı 38 olub. Bank sisteminin ümumi mənfəəti 2008-ci ilin 1 oktyabrına nisbətən 25,2%, ilin əvvəlinə nisbətən isə 13,4% artaraq 209,4 milyon manat təşkil edib. Sentyabrda bankların ümumi mənfəət həcmi 12,2% artıb. Ziyanla işləyən bankların sayı ilin əvvəlinə nisbətən dəyişməz qalıb. Nəticədə 8 bankın ziyanı 9,62 milyon manat təşkil edib ki, bu da keçən il oktyabrın 1-nə olan göstəricidən 22% azdır. Sentyabrda bankların zərəri 7,1%, 9 ay ərzində isə 30% artıb.

Mərkəzi Bankın məlumatına görə, üçüncü rübün yekunu üzrə ölkədə bir bank likvidasiya prosesini başa çatdırıb. İki bank isə prosesə davam edir. Cari ilin 1 yanvarına ölkədə 3 bank likvidasiya prosesində olub.

Dekabrın 15-nə olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti