...

2009-cu ildə Azərbaycanda taxıl istehsalı təxminən 20% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda dekabrın 1-nə 2988,3 min ton dənli və dənli paxlalı  məhsul toplanıb. Keçən ayın 11 ayı ərzində bu göstərici 2497,9 min ton olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Taxıl 1125,6 min hektarlıq ərazidən yığılıb. Hər hektardan orta hesabla 26,6 sentner məhsul yığılıb.

Yığılan məhsulun ümumi həcmindən 71,5%-i və ya 2131,5 min tonu payızlıq və yazlıq əkinin, 2,1%-i və ya 151,2 min tonu qarğıdalının payına düşüb.

Statistika Komitəsinin məlumatına əsasən bu dövr ərzində Şəki rayonunda 232,3 min ton, Cəlilabad rayonunda 131,8 min ton, Saatlı rayonunda 105,8 min ton, Neftçala rayonunda 104,1 min ton, Füzuli rayonunda 101,3 min ton, Bərdə rayonunda 95,2 min ton, Beyləqan rayonunda 95 min ton, Ağsu rayonunda 92,6 min ton, Biləsuvar rayonunda isə 91,5 min ton taxıl istehsal edilib. Bu rayonlarda istehsal edilən taxıl ölkədə istehsal edilən taxılın ümumi həcminin 39%-ni təşkil edir.

Dekabrın 15-nə olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti