...

Yanvar-noyabrda Azərbaycanın nəqliyyat sektoru yüklərin nəqlini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr / Trend /

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda 170,4 milyon ton müxtəlif yük daşınıb ki, bu da keçənilki göstəricidən 3 faiz çoxdur.

Daşınan yüklərin 73 faizi özəl sektorun payına düşür. Yanvar-noyabrda yüklərin ümumi həcminin 48,4 faizi avtomobil nəqliyyatı ilə, 33,5 faizi boru kəmərləri ilə, 11 faizi dəmiryolla, 7,1 faizi isə dəniz nəqliyyatı ilə daşınıb.

Yanvar-noyabr aylarında sərnişin nəqliyyatı ilə 1,2 milyard sərnişin daşınıb ki, bu da 2008-ci ilin analoji dövr göstəricisindən 6,7 faiz çoxdur. Sərnişindaşımanın 83,7 faizi özəl sektorun payına düşür. Sərnişinlərin əsas hissəsi avtomobil nəqliyyatı ilə (83,8 faiz) və metro ilə (15,7 faiz) daşınıb.

Dəmiryol nəqliyyatı ilə 18,8 milyon ton müxtəlif yük daşınıb. Keçən il bu göstərici 25,3 milyon ton olub.

Dəniz nəqliyyatı ilə 12,1 milyon ton müxtəlif yük daşınıb ki, bu da ötən ilin yanvar-noyabr aylarından 12,3 faiz çoxdur. Daşınan yüklərin ümumi həcmi beynəlxalq əməliyyatların payına düşür.

Avtonəqliyyatla 82,4 milyon ton yük daşınıb ki, bu da 2008-ci ilin yanvar-noyabr aylarından 5,6 faiz çoxdur. Sərnişindaşımanın həcmi 7,3 faiz artımla 1 miyard nəfər təşkil edib. Sərnişinlərin 96,5 faizi avtobusla, 3,5 faizi isə minik avtomobili ilə daşınıb.

Metropolitenlə sərnişindaşımanın həcmi 4,2 faiz artaraq 188,9 milyon nəfər təşkil edib.

Yanvar-noyabrda hava nəqliyyatı ilə 893,3 min sərnişin daşınıb ki, bunun da 10,3 faizi özəl sektorun payına düşüb.

Azərbaycan ərazisi vasitəsilə Avrasiya nəqliyyat dəhlizi üzrə 2009-cu ilin yanvar-oktyabr aylarında 36 milyon ton yük və 170,2 milyon sərnişin daşınıb.

Xəbər lenti

Xəbər lenti