...

Azərbaycanda çirkab sularının təmizlənməsi üzrə alman texnologiyası nümayiş olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Almaniyanın çirklənmiş sənaye və məişət sularının təmizlənməsi üzrə yüksək texnoloji sistemi Multiclair International Gmbh sutkada 480 kubmetr su təmizləmə gücünə malikdir. Bu barədə Ata Holding-in İdarə Heyətinin sədr müavini Anar Mehdiyev Bakıda sistemin nümayişi zamanı bildirib. Ata Holding Multiclair-in nümayəndəsidir.

Onun sözlərinə görə, hazırda Ata Holding avadanlıqların ölkəyə tədarükü logistikasını, həmçinin sistemin kredit, lizinq və digər üsullarla alınmasını hazırlayır.

Avadanlıqların qiymətindən danışan Mehdiyev deyib ki, məbləğ dəqiqləşdirilir, lakin istənilən halda bu, hazırda istifadə olunan avadanlıqlara nisbətən ucuz olacaq.

Multiclair International suyu Avropa standartlarına uyğun olaraq məişət və sənaye tullantılarından təmizləyir və ətraf mühit üçün təhlükəsiz vəziyyətə gətirir.

Mehdiyevin sözlərinə görə, bu cür avadanlıqların ölkəyə gətirilməsində əsas məqsəd 2010-cu ilin ekologiya ili elan olunması çərçivəsində Azərbaycan ekologiyasına töhfə verməkdir.

Şirkətin İdarə Heyətinin sədr müavini deyib ki, ekologiya ili çərçivəsində Azərbaycanda ölkənin dövlət və özəl sektorları tərəfindən böyük maraq gözlənilir. "Müəssisələr tərəfindən müəyyən maraqlar artıq var", - Mehdiyev deyib.

"Azərbaycan iqtisadiyyatı inkişaf edir, lakin ayrı-ayrı infrastrukturlar bu prosesdən geri qalır, yəni yeni yaşayış binaları, zavodlar tikilir, lakin mövcud infrastruktur çirklənmiş suların təmizlənməsi üçün münasib deyil. Bu texnologiyanın əsas ideyası suyun mənbəyində təmizlənməsi və ətraf mühitə zərərsiz şəkildə verilməsidir", - Mehdiyev deyib.

Multiclair International texnologiyalarının köməyi ilə istismar xərcləri ənənəvi üsulla təmizləmə ilə müqayisədə aşağıdır. Texnologiyanın sadəliyi onun istənilən kanalizasiya kollektorunda quraşdırılmasına imkan verir ki, bunun sayəsində də çirkab suları bilavasitə kanalizasiya xətlərindən çəkilir və təmizləmə sistemindən keçərək ətraf mühit üçün zərərsiz vəzəiyyətə salınır. Məişət sularının təmizlənməsi prosesində əldə olunan tullantılar isə yüksək keyfiyyətli gübrə şəklinə salınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti