...

Azərbaycanın TBC Kredit şirkəti ipoteka kreditlərinin verilməsini bərpa edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 15:57 (UTC +04:00)
Qeyri-bank kredit təşkilatı TBC Kredit dekabr ayından etibarən keçən ilin sonlarından dayandırılmış ipoteka kreditlərinin verilməsini yenidən bərpa edib.
Azərbaycanın TBC Kredit şirkəti ipoteka kreditlərinin verilməsini bərpa edib

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

Qeyri-bank kredit təşkilatı TBC Kredit dekabr ayından etibarən keçən ilin sonlarından dayandırılmış ipoteka kreditlərinin verilməsini yenidən bərpa edib. Bu barədə təşkilatdan çərşənbə günü yayılan məlumatda deyilir.

TBC Kredit ev alqısı və təmiri, xüsusi ev tikintisi, torpaq sahəsinin alınması üçün kreditlər təklif edir. Kreditin maksimal məbləği 200 min dollar, müddəti isə 10 ildir. Təşkilatın planlarına verilən ipoteka kreditlərinin aylıq həcmini fəal surətdə artırmaq daxildir.

İpoteka kreditlərinin yenidən bərpası ilə yanaşı, istehlak və biznes kreditləri üzrə faiz dərəcələri aşağı salınıb, müddət və məbləğ isə artırılıb.

Belə ki, "Təcili Pul" krediti üzrə maksimal kredit məbləği 5 min manat, müddəti isə 18 ay təşkil edir. "Təcili Pul" girovsuz kreditdir və borc alana onu istənilən məqsəd üçün istifadə etməyə imkan verir. "Təcili Pul" adı hər şeyi aydın ifadə edir. Hər kəsə toy, səyahət, hədiyyə və ya əlverişli alış-veriş üçün təcili pul lazım ola bilər.

Hazırda biznes kreditləri üzrə maksimal məbləğ 500 min manata qədər, maksimal müddət isə 60 aya qədər artırılıb.

2003-cü ildən TBC Kredit Azərbaycanda ilk dəfə olaraq ipoteka kreditlərinin verilməsinə başlayıb.

TBC Kreditin əsas təsisçisi Gürcüstanın TBC Bank-ıdır. Bank şirkətin səhmlərinin 75 faizinə sahibdir. Səhmlərin 25 faizi ShoreBank qrupuna daxil olan beynəlxalq konsaltinq şirkəti ShoreBank International Ltd şirkətinə məxsusdur. Ötən ilin dekabr ayında TBC Bank-ın TBC Kreditin kapitalına daxil olması əlavə investisiyalar hesabına həyata keçirilib. Bunun da nəticəsində kredit təşkilatının kapitalı 10 milyon dollara kimi artıb.

Dekabrın 16-na olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti