...

Azərbaycanda şəhərsalma məsələlərinə dövlət nəzarəti gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 20:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr/ Trend , müxbir Ü.İsmayılova/

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Abşeron rayonunda keçirilən monitorinqlərin yekunu elan edilib, cümə günü Dövlət Komitəsindən məlumat verilib.

Araşdırmalara əsasən Abşeron rayonunun ərazisi 196 606 hektar təşkil edir. Onlardan 160 559 hektar dövlət fondunun mülkiyyətində, 26805 hektar bələdiyyənin, 9242 isə özəl mülkiyyətdədir. Ərazidə ümumi sayı 15 olmaqla 1 şəhər, 8 qəsəbə, 6 kənd bələdiyyəsi fəaliyyət göstərir. Araşdırma zamanı 31 çoxmərtəbəli yaşayış binasına, 1 ədəd iaşə, 1 ədəd yanacaqdoldurma obyektinə, kottec tipli və fərdi yaşayış evlərindən ibarət 2 ədəd kompleksə, 15 ədəd inzibati ərazi vahidinə yerində baxış keçirilib və təqdim olunmuş sənədlər norma və qaydaların tələblərinə uyğunluq baxımından yoxlanılıb.

Yoxlamanın nəticəsi üzrə bu nöqsanlar qeyd edilib: tikinti altına torpaq sahələrinin ayrılması zamanı şəhərsalma sənədləri ilə əsaslandırılmadan rayon icra hakimiyyəti tərəfindən həmin sahələrdə layihələndirmə və tikinti işlərinə icazə verməsi barədə sərəncamların imzalanması; əksər obyekt üzrə torpaq ayrılması barədə sənədlər (ayrıc aktı) və ayrılmış sahəyə olan sanitar, ekoloji, yanğın və radiasiya təhlükəsizliyi tələblərinə dair rəylər olmadan layihə sənədlərinin memarlıq xidməti tərəfindən razılaşdırılması və s.

Müzakirələrin yekunun üzrə Abşeron rayon icra hakimiyyətinin başçısına müəayyən tövsiyyələr verilib. Abşeron rayon İcra Hakimiyyətinin memarlıq - tikinti xidmətinin fəaliyyəti qeyri qənaətbəxş hesab edilib və qeyd olunan pozuntu halları təkrarlanması baş verərsə, rayonun baş memarının tutduğu vəzifədən kənarlaşdırılması məsələsinə baxılması tövsiyyə edilib. "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutuna və Bakı Dövlət Layihə İhstitutuna Abşeron Rayon İcra Hakimiyyətinin sifarişləri əsasında rayonun planlaşdırma layihələrinin yerinə yetirilməsini təmin etmək tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti