...

Azərbaycan İpoteka Fondu təmin edilmiş istiqrazlar üzrə faizlərin ödənilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 16:11 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib.
Azərbaycan İpoteka Fondu təmin edilmiş istiqrazlar üzrə faizlərin ödənilməsinə başlayıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazları üzrə ilk faiz ödənişi həyata keçirilib. Bu barədə Fondun məlumatında deyilir.

Bu istiqrazların emissiya prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 29 may 2009-cu il tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 milyon manat təşkil edir, bir istiqrazın nominal dəyəri min manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir. İstiqrazların ödəniımə tarixi 10 may 2016-cı ildir. Bu istiqrazların yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb və bu günədək 44 milyon manat həcmində istiqraz yerləşdirilib.

Dekabrın 17-nə olan rəsmi məzənnə 0,8032 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti