...

Azərbaycanda əlillik dərəcəsinin müəyyən edilməsi prosesinə nəzarət gücləndirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir Ü.İsmayılova/

2010-cu ildə Azərbaycanda 60 əmək yarmarkasının keçirilməsi planlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov cümə axşamı deyib.

"Bu tədbir məşğulluq siyasətinin reallaşdırılması üzrə dövlət prqoramı çərçivəsində həyata keçirilir", - Məmmədov deyib.

Onun sözlərinə görə, 2009-cu ildə ölkədə 55 bu cür yarmarka keçirilib.

Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması barədə danışan nazir müavini deyib ki, hazırda onların yaşayışı üçün nəzərdə tutulan 12 binada inşaat işləri başa çatmaq üzrədir.

Məmmədov həmçinin deyib ki, gələn ildə əlillik dərəcəsinin müəyyən edilməsi ilə məşğul olan sosial tibbi ekspert komissiyalarında struktur dəyişiklikləri gözlənilir.

2010-cu ildə əlillik dərəcəsinin müəyyən edilməsi əmsallarında da dəyişikliklər planlaşdırılır. Bu dəyişikliklərin tətbiq edilməsi üçün ilk növbədə komissiya tərkibində struktur dəyişiklikləri aparılacaq.

"Sosial tibbi ekspert komissiyaları hər gün 50-dən artıq xəstə qəbul edir, lakin bundan sonra komissiyanın daha dəqiq və tam diaqnozunun əldə edilməsi məqsədilə gün ərzində 20-25 xəstə qəbul ediləcək", - Məmmədov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti