...

Azərbaycanda maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması proqramı çərçivəsində tədbirlər planı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda Dünya Bankı və İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyinin (SECO) dəstəyi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması proqramı çərçivəsində tədbirlər planı hazırlanıb. Bu barədə cümə axşamı Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev təqdimatda bildirib.

"Tədbirlər planı iqtisadiyyatın bank, sığorta, fond bazarı kimi sahələrini əhatə edir, buna görə də bütün bu istiqamətlərdə razılaşdırılmış işlərin aparılması tələb edilir", - Quliyev deyib.

Onun sözlərinə görə, bu tədbirlərin tətbiq edilməsinin səmərəliliyi dövlət orqanlarının buna nə qədər məsuliyyətlə yanaşmasından asılı olacaq.

"Mərkəzi Bank bu sahədə gələcəkdə də bütün lazımi tədbirləri dəstəkləyəcək və bununla əlaqədar olaraq bank yanında maliyyə xidmətləri sahəsində istehlakçıların hüquqlarının qorunması üzrə orqan və qaynar xətt yaradılıb", - Quliyev deyib.

SECO-nun nümayəndəsi Filip Kellerin sözlərinə görə, İsveçrə gələcəkdə də bu çərçivədə keçirilən tədbirlərə və proqramlara dəstək vermək niyyətindədir.

Azərbaycan Aİ xaricində bənzər proqramın tətbiqinə başlayan ilk ölkədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti