...

Azərbaycanın nəqliyyat naziri Rusiyanın Həştərxan vilayətinin hökumət başçısını qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend /

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Həştərxan vilayətinin hökumət başçısı Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə cümə günü Nəqliyyat Nazirliyindən yayılan məlumatda deyilir.

Məmmədov görüşdə Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri olan nəqliyyat sektoruna xüsusi diqqət ayırdığını deyib.

"Azərbaycan və Rusiya arasında iqtisadi əlqələrin genişlənməsi üçün böyük imkanlar mövcuddur", - Markelov görüşdə deyib.

Görüşdə tərəflər Bakı-Rusiya sərhədi avtomobil yolunun yenidən qurulması, iki ölkə arasında hava, dəniz, avtomobil və dəmiryol nəqliyyatı sahəsindəki perspektivlər üzrə fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti