...

Azərbaycanda 65 kiloqram vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2009 19:16 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ticarət obyektlərində 65 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 65 kiloqram vaxtı ötmüş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı ticarət obyektlərində 65 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin cümə axşamı yaydığı məlumatda deyilir.

Monitorinqlər Bakının Nəsimi rayonunda, eləcə də Göygöl rayonunda və Gəncə şəhərində aparılıb.

Mağazalarda vaxtı ötmüş kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, şirələr, konservləşdirilmiş məhsullar, pivə və çay məhsulları satışdan çıxardılıb.

İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə dair protokollar tərtib olunub.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara malları alan zaman saxlama müddətinə və etketinə diqqət yetirməyi məsləhət görür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti