...

Azərbaycan və Rusiya Bakı və Olya limanları arasında bərə nəqliyyatını bərpa edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 14:15 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Həştərxan vilahəti iki ay ərzində Bakı və Olya limanları arasındakı bərə nəqliyyatını bərpa etməyi planlaşdırır. Bu barədə Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov deyib.
Azərbaycan və Rusiya Bakı və Olya limanları arasında bərə nəqliyyatını bərpa edirlər

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir N.İsmaylova/

AzərbaycanRusiyanın Həştərxan vilahəti iki ay ərzində Bakı və Olya limanları arasındakı bərə nəqliyyatını bərpa etməyi planlaşdırır. Bu barədə Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov deyib.

"Biz Azərbaycan tərəfi ilə danışmışıq ki, yaxın zamanda bərə nəqliyyatını bərpa edək, bunun üçün Həştərxan vilayətində və Azərbaycanda müəyyən loqistik sxem yaratmaq lazımdır. Bununla kimin məşğul olacağını biz bilirik, müvafiq danışıqlar aparan biznes-strukturların nümayəndələri bizdə olublar", - Markelov deyib.

Onun sözlərinə görə, artıq müvafiq müqavilələr imzalanıb və dünən Azərbaycan Nəqliyyat Nazirliyindəki görüşdə təsdiqlənib ki, onlar öz işlərini dayandırmayacaqlar.

"Biz Bakı və Olya limanları arasındakı bərə nəqliyyatını bərpa etmək niyyətindəyik, bərə nəqliyyatı təçrübəsi olub, lakin həmin bərə nəqliyyatı üçün yük doldura bilmədiyimizə görə, o inkişaf edə bilməyib. Biz bu problemi həm Nəqliyyat Nazirliyində, həm Xəzər Dəniz Gəmiçiliyində müzakirə etdik və əlaqədar rəhbərliklərlə görüşərək özümüz üçün plan tutduq", - o deyib.

Onun sözlərinə görə, Həştərxan və Azərbaycan arasında bu ilin yazında Azərbaycan Nəqliyyat Nazirliyi və Həştərxan vilayətinin müvafiq nazirliyi arasında bu layihənin reallaşdırılmasına dair müqaviləyə nail olunub.

"Hazırda bu layihənin inkişafına mane olan bütün məsələlərin tədqiq edilməsi üçün işçi qrup yaradılacaq", - Markelov deyib.

Onun sözlərinə görə, bu gün Həştərxanda təxminən 20 liman strukturu var. Bu gün Olya limanı təxminən bir milyon ton yük emal edir, limanın gücü təxminən dörd milyon ton yük təşkil edir. Yaxın zamanlarda limanın yük emalı imkanları səkkiz milyon tonadək artırıla bilər, ümumiyyətlə limanın müasirləşdirmə planı onun gücünü bütün növ yüklər üzrə 30 milyon tona çatdırmağa imkan verir.

"Biz Azərbaycan biznesinə Olya limanının müasirləşdirilməsinə dair investisiya layihəsində iştirak etməyi təklif etdik", - Markelov deyib.

Xəbər lenti

Xəbər lenti