...

Azərbaycanın lizinq şirkəti portfelini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Dekabrın 1-nə AGLeasing QSC-nin lizinq portfeli 10,94 milyon manat təşkil edib. Bu barədə cümə günü şirkətdən məlumat verilib.

Bu vaxta qədər fəaliyyət göstərən lizinq müqavilələrinin ümumi sayı 131-dir.

Noyabrın 1-nə şirkətin portfeli 135 müqavilə üzrə 10,403 milyon manat təşkil edib, oktyabrın 1-nə isə 133 müqavilə üzrə 11,078 milyon manat səviyyəsində olmuşdu.

Lizinq portfelinin həcminə görə AGLeasing Azərbaycanın qabaqcıl lizinq şirkətlər qrupuna daxildir. Şirkətin müştəriləri həm hüquqi, həm də fiziki şəxslər olan sahibkarlardır.

AGLeasing 2005-ci ildə dörd təsisçi tərəfindən yaradılıb - AGBank (35 faiz), İngiltərənin Hiperion Capital Management şirkəti (30 faiz), ABŞ-ın Delta Trans LLC şirkəti (25 faiz) və İngiltərənin Milio Leasing Limited şirkəti (10 faiz).

Dekabrın 18-nə olan cari məzənnə 0,8032 AZN/USD təşli edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti