...

Bakı-Tbilisi-Qars layihəsi planlaşdırılmış qrafikə uyğun olaraq istismara veriləcək - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 18:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbirlər E.İsmayılov, N.İsmayılova/

Bakı-Tbilisi-Qars marşrutu üzrə dəmiryol nəqliyyatı 2011-ci ildə planlaşdırılmış qrafikə uyğun olaraq istismara veriləcək. Bu sözləri cümə günü Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov deyib.

"Güman edirəm ki, Bakı-Tbilisi-Qars dəmiryol nəqliyyatı vaxtında təhvil veriləcək. Əlbəttə ki, fors-major vəziyyətlərin yaranmaması şərti ilə. Xüsusilə də hava şəraiti mane olmasa", - Məmmədov deyib.

Nazirin sözlərinə görə, hazırda layihə çərçivəsində işlər həm Gürcüstan, həm də Türkiyə ərazisində intensiv sürətdə aparılır.

Layihənin ümumi dəyəri təxminən 400 milyon dollar məbləğində qiymətləndirilir. Azərbaycan Gürcüstana layihə çərçivəsində tikinti işlərinə 200 milyon dollar kredit ayırıb.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə ərazisindən, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin Axalkalakidə Gürcüstandakı dəmir yollarından qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti