...

Azərbaycan və Rusiyanın Həştərxan vilayəti əməkdaşlıq haqqında yeni beşillik müqavilə imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 17:55 (UTC +04:00)
Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərində əsas məqsəd tərəflər arasında əməkdaşlıq məsələlərinin tədqiq edilməsi olub. Bunu cümə günü Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov deyib.
Azərbaycan və Rusiyanın Həştərxan vilayəti əməkdaşlıq haqqında yeni beşillik müqavilə imzalayacaqlar

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfərində əsas məqsəd tərəflər arasında əməkdaşlıq məsələlərinin tədqiq edilməsi olub. Bunu cümə günü Həştərxan vilayətinin vitse-qubernatoru Konstantin Markelov deyib.

Azərbaycan və Həştərxan vilayəti arasında 2006-cı ildən qarşılıqlı əməkdaşlıq haqqında müqavilə var. Hazırda ölkələr arasında mövcud müqavilənin növbəti beş il müddətinə uzadılması üçün işçi qrupu yaradılıb. Hazırda fəaliyyətdə olan müqavilənin müddəti 2010-cu ilin aprelində başa çatacaq.

Onun sözlərinə görə, yeni hökumətlərarası müqavilə apreldə imzalanacaq.

Xəbər lenti

Xəbər lenti