...

Həştərxan hava limanındakı yük terminalının idarəsi AZAL-a verilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbirlər Ü.İsmayılova, E.İsmayılov/

Həştərxan hava limanında inşa edilməsi planlaşdırılan yek terminalının idarəsi "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) verilə bilər. Bunu Rusiyanın Həştərxan vilayətinin hökumət rəhbəri Konstantin Markelov cümə günü Bakıda təşkil edilən mətbuat konfransında deyib.

"Hazırda biz AZAL şirkəti ilə yük terminalının tikintisi imkanları barədə danışıqlar aparırıq. İstisna deyil ki, bu terminalın idarəsi AZAL-a verilə bilər", - Markelov deyib.

Markelov deyib ki, AZAL Həştərxan hava limanında yük terminalının inşasında iştirak edə bilər. "Biz Azərbaycan hava limanının yükdaşıma şəraiti və imkanları ilə tanış olduq. Həştərxan hava limanında yük terminalının inşası ilə bağlı planlar var. Bizim AZAL şirkəti ilə bu cür razılaşmamız var və bu planlar dünən Azərbaycan Nəqliyyat Nazirliyi tərəfindən təsdiqlənib", - o deyib.

Markelovun bir müddət əvvəl dediyinə görə, 2010-cu ildən AZAL tərəfindən həyata keçirilən Bakı- Həştərxan-Bakı reyslərinin sayı həftədə 2 dəfədən 3 dəfəyədək artırılacaq. Bu istiqamətdə hava daşımalarının imkanlarına yükdaşıma imkanlarının da əlavə olunması planlaşdırılır.

Hazırda Bakı-Həştərxan-Bakı aviareysləri çərşənbə axşam və şənbə günü reallaşdırılır. Çərşənbə axşamı təyyarə yerli vaxtla Bakıdan saat 08:00-da, şənbə günü isə saat 17:00-da çıxır. Biletin dəyəri 1 istiqamət üzrə 158 manat, hər iki istiqamət üzrə isə 233 manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti