...

Azərbaycan bankı NBC Bank-ın gəliri 12 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2009 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı NBC Bank-ın gəliri il ərzində 12%-dən çox artaraq 1,67 manat təşkil edib. Bu barədə bankın məlumatında deyilir.

Bankın aktivlərinin həcmi cari ilin 1 dekabrına 49,13 milyon manat təşkil edib. Ötən illə müqayisədə bankın məcmu kapitalı 18,04% artaraq 18,42 milyon manat təşkil edib. Bankın nizamnamə kapitalı 14,79% artaraq 15,6 milyon manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 7 filialı var. Onlardan ikisi Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Bank gələcəkdə öz filial şəbəkəsini genişləndirməyi planlaşdırır.

Dekabrın 19-na olan cari məzənnə 0,8032 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti