...

İtaliya və ABŞ Azərbaycanın əsas xarici ticarət tərəfdaşları olaraq qalır - Dövlət Gömrük Komitəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2009 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Dövlət Gömrük Komitəsi yanvar-noyabr aylıarında dünyanın 138 ölkəsi ilə aparılan xarici ticarət əməliyyatlarının yekunlarını elan edib, şənbə günü Gömrük Komitəsindən məlumat verilib. Ölkənin mal dövriyyəsinin ümumi həcmi 18,61 milyard dollar təşkil edib.

Bu dövr ərzində xarici ticarət əməliyyatlarında 8,75 min hüquqi və fiziki şəxs iştirak edib. Onlardan 3,93 mini hüquqi şəxs, 4,81 mini isə fiziki şəxs olub.

Ölkənin ixrac əməliyyatları 2008-ci ilin analoji dövrü ilə müqayisədə 71,97 % və ya 33,80 milyard dollar azalaraq 13,16 milyard dollar təşkil edib. İxracda dövlət sektorunun payı 12,30 milyard dollar (93,50%), özəl sektorun payı 715,15 milyon dollar (5,4%), fiziki şəxslərin payı 140,4 milyon dollar (1,07%) təşkil edib.

10 ay ərzində idxal 16,17% və ya 1,05 milyard dollar azalaraq 5,44 milyard dollar olub. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,77 milyard dollar (23,63%), özəl sektorun payı 3,40 milyard dollar (62,51%), fiziki şəxslərin payı isə 264,83 milyon dollar (4,86%) təşkil edib.

Yanvar-noyabr aylarında Azərbaycandan 935 növ mal ixrac edilib. Ölkəyə 4,80 min növdə mal idxal edilib.

Aşağıda Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarının siyahısı təqdim edilib.

İxrac

Ölkələr

Dəyər (mlyd. $ ABŞ)

Ümumi ixracda xüsusi çəki (%)

İtaliya

3,425

26,02

ABŞ

1,592

12,09

Fransa

1,103

8,38

İsrail

1,015

7,71

Rusiya

0,686

5,21

Çin

0,680

5,17

Kanada

0,507

3,85

İndoneziya

0,505

3,84

Malayziya

0,387

2,94

Gürcüstan

0,364

2,76

İdxal

Ölkələr

Dəyər (mlyd. $ ABŞ)

Ümumi ixracda xüsusi çəki (%)

Rusiya

0,966

17,73

Türkiyə

0,791

14,52

Almaniya

0,501

9,21

Ukrayna

0,469

8,62

Çin

0,410

7,54

Böyük Britaniya

0,247

4,55

ABŞ

0,232

4,26

Yaponiya

0,137

2,53

İtaliya

0,122

2,24

Belarus

0,115

2,12

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti