Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir Ü.İsmaylova/
Yanvar-noyabrda MDB ölkələrindən Azərbaycana 1,69 milyard dollar həcmində məhsul idxal olunub ki, bu da ölkəyə idxal olunan malların ümumi həcminin 31,08 faizini təşkil edir. Bu barədə şənbə günü Dövlət Gömrük Komitəsi məlumat verib.
MDB ölkələrindən Azərbaycana taxıl bitkiləri (ümumi idxalın 11,28 faizi), quru nəqliyyat vasitələri (8,06 faiz), elektrik maşınları, avadanlıqlar və onların ehtiyat hissələri (9,65 faiz), uçuş aparatları (6,77 faiz) və digər məhsullar gətirilib.
Azərbaycandan MDB ölkələrinə ixrac olunan məhsullar 1,51 milyard dollar (ümumi ixracın 11,49 faizi) təşkil edib.
MDB ölkələrinə əsasən mineral yanacaq, neft məhsulları, bitum minerallar (ümumi ixracın 51,44 faizi), meyvələr (6,20 faiz), heyvan və bitki yağları (7,38 faiz) və b. məhsullar ixrac olunub.
MDB ölkələri ilə idxal-ixrac əməliyyatları nəticəsində 180,57 milyin dollar mənfi saldo yaranıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]