...

Azərbaycan ərazisindən tranzit yolu ilə 5,41 milyon ton yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2009 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Yanvar-noyabr aylarında nəqliyyat vəsaitləri ilə 38,01 milyon ton yük daşınıb ki, bu da 2008-ci ilin yanvar-noyabr aylarına nisbətən 42,03% azdır. Bu barədə şənbə günü Azərbaycanın Dövlət Gömrük Komitəsinin məlumatında deyilir. Bu dövrdə yüklərin ixracı 31,26 milyon ton, idxalı isə 6,75 milyon ton təşkil edib.

Bu dövrdə dəniz nəqliyyatı ilə 268,6 min ton, dəmiryolla 2,89 milyon ton, avtomobillə 411 min ton, hava ilə 1,64 milyon ton yük ixrac edilib, boru kəməri ilə daşınma isə 26,04 milyon ton təşkil edib.

Dəniz nəqliyyatı ilə 336,1 min ton, dəmiryolla 5,01 miyon ton, avtomobil nəqliyyatı ilə 1,32 milyon ton və hava ilə 20,6 min ton yük idxal edilib.

Azərbaycan ərazisindən tranzit yolu ilə 11 ay ərzində 5,41 milyon yük danışıb ki, bu da ötən ilin 10 ayına nisbətən 0,63% və ya 33,9 min ton artıqdır.

Azərbaycandan İsveçrəyə tranzit yolu ilə 6,03 milyon ton, Bermud adalarına 1,17 milyon ton, Gürcüstana 493 min ton, Türkmənistana 290,8 min ton, Tacikistana 294,2 min ton, Rusiyaya 116,6 min ton, Türkiyəyə 90 min ton, İrana 138,7 min ton, İtaliyaya isə 1,33 milyon ton yük daşınıb.

Xəbər lenti

Xəbər lenti