...

Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılış tarixi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir E.İsmayılova/

Dekabrın 25-dən "Azərbaycan hava yolları" QSC Gəncə-Naxçıvan-Gəncə aviareysinin reallaşdırılmasına başlayacaq, şənbə günü AZAL-dan deyilib. Reyslər ATR markalı təyyarələr ilə həyata keçiriləcək.

Aviareyslər bazar ertəsi, çərşənbə və cümə günləri həyata keçiriləcək. Təyyarə Gəncədən yerli vaxtla saat 14:00-da, Naxçıvandan isə 16:00-da çıxacaq.

Bir istiqamətdə biletin dəyəri 39 manat təşkil edir.

Öncə AZAL Bakı-Gəncə-Bakı istiqamətində aviareyslərin reallaşdırılmasına başlayıb. Reyslər ATR markalı təyyarələr ilə həyata keçirilir. Bu reyslər də həmçinin bazar ertəsi (Bakıdan uçuş yerli vaxtla saat 07:30-da), çərşənbə (saat 1:00-da) və cümə günləri (saat 12:00-da) həyata keçirilir.

Həmin reys üzrə bir istiqamətdə biletin dəyəri 56 manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti