...

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanda "Elektron Hökumət"in tətbiqini yüksək qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 15:12 (UTC +04:00)
Azərbaycanda "Elektron Hökumət" sistemi uğurla həyata keçirilir, gömrük strukturlarında "vahid pəncərə" sisteminin tətbiqi isə bütün sistemlərin uğurla tətbiq edilməsinin göstəricisidir. Bu barədə bazar ertəsi Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Gömrük sahəsində informasiya sistemləri və texnologiyaları" I beynəlxalq elmi praktiki konfrans zamanı deyib.

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir Ü.İsmaylova/

Azərbaycanda "Elektron Hökumət" sistemi uğurla həyata keçirilir, gömrük strukturlarında "vahid pəncərə" sisteminin tətbiqi isə bütün sistemlərin uğurla tətbiq edilməsinin göstəricisidir. Bu barədə bazar ertəsi Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Gömrük sahəsində informasiya sistemləri və texnologiyaları" I beynəlxalq elmi praktiki konfrans zamanı deyib.

"Hazırda Azərbaycanda gömrük orqanlarının işində, həmçinin risklərin qiymətləndirilməsində və digər proseslərdə avtomatlaşdırma sistemi tətbiq edilib", - Vəlizadə deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2003-cü ildən İKT üzrə Milli Strategiyasının inkişafı təsdiq edilib və onun əsasını informasiya cəmiyyətinin yaradılması və İKT sisteminin bütün sahələrdə, xüsusilə də gömrükdə tətbiq edilməsi təşkil edir.

Gömrük strukturlarında "Elektron hökümət" çərçivəsində əsas uğuru iş həm yerli, həm də beynəlxalq strukturlar tərəfindən yüksək qiymətləndirilən "vahid pəncərə" sisteminin tətbiq edilməsidir.

"Azərbaycanda, xüsusilə də dövlət strukturlarında "Elektron hökumət" sisteminin tətbiq edilməsi üçün kompleks işlər aparılır və biz də əlaqələndirici struktur kimi, bu sistemin tətbiq edilməsinin effektivliyini təmin edirik", - nazir müavini deyib.

"Gömrük sahəsində informasiya sistemləri və texnologiyaları" I beynəlxalq elmi təcrübi konfransı keçirilir. Konfransı Azərbaycan Dövlət Gömrük Komitəsi Rusiyanın Federal Gömrük Xidməti ilə birgə keçirir. Konfrans öz işini sabah davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti