...

Azərbaycanda ilk kredit bürosunun yaradılmasında iştirak etmək üçün strateji investorlar dəvət oluna bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycanda ilk xüsusi kredit bürosu 2005-ci ildə ölkənin Mərkəzi Bankında fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) bazasında yaradıla bilər. Bunu bazar ertəsi MKR-in xidmət rəhbəri Elçin Həbibov deyib.

"İlk növbədə, biz bu məsələni hazırda kredit reyestrinin yeganə istifadəçiləri olan banklarla müzakirə etməliyik", - Həbibov deyib.

Hazırda MKR tamamilə Mərkəzi Bankın idarəsi altındadır və xidmətin rəhbəri kredit bürosunun reyestr bazasında yaradıldıqdan sonrada iştirak payının saxlanılmasını istisna etmir.

"Böhran şəraitində iqtisadiyyatda ciddi artımın zəruriliyi ilə Mərkəzi Bank idarəsinin hissələrinin saxlanması normal təcrübə hesab edilir, belə ki, bu onun nəzarət sferasıdır. Həmçinin Mərkəzi bank ölkədə kredit informasiyasına dəstəklə yanaşı, kredit risklərinin müdafiəsinə kömək göstərir, belə ki, kredit iqtisadiyyata təkan verən amillərdən biridir", - Həbibov deyib.

"Hazırda modelin seçimi ilə bağlı qeyri-müəyyənlik var. Məsələn, Qazaxıstan modelində 2007-ci ildə kredit bürosunun yaradılmasında 7 kommersiya bankı və kredit operatoru iştirak edib. Həbibovun fikrincə, Azərbaycanda analoji model istifadə oluna bilər. Variant seçimi bankların və digər maraqlı tərəflərin (beynəlxalq kredit operatorları, strateji investorlar) mövqeyindən asılıdır. İlk növbədə, kredit bürosuna informasiya təqdim edən təşkilatlar ona etibar etməlidirlər, belə ki, bu məlumatlar bank sisteminə daxildir. Buna görə də büronun təhlükəsizliyini təmin etmək lazımdır. Kredit bürosuna da tələblər qoyulacaq və bu sahədə Mərkəzi Bank ciddi nəzarət funksiyasını həyata keçirəcək", - Həbibov deyib.

Kredit bürosunun yaradılmasında strateji investorlar, həmçinin AYİB və BMK da iştirak edə bilər. ""Kredit bürosu haqqında" qanun üzə hüquqi prosedurlara başlayandan sonra paralel olaraq biz strateji investorların təkliflərini dinləməyə hazır olacağıq. Bu, banklar, qeyri-bank kredit təşkilatları, kredit operatorları və AYİB, BMK ola bilər", - MKR xidmətinin rəhbəri deyib.

Azərbaycan üçün münasib kredit bürosunun sayı maksimum 3-dür.

"Lakin nəzərə almalıyıq ki, bu, böyük investisiya qoyuluşunu tələb edir və bu bazara daxil olan operator özü biznes planı hazırlamalı və riskləri nəzərə almalıdır", - Həbibov deyib.

Для Азербайджана, как в России, по его мнению, нет необходимости для создания большого числа кредитных бюро. В РФ вначале было создано 55 кредитных бюро, затем их число сократилось до 28 в прошлом году. В Азербайджане может быть создано максимум три кредитных бюро, считает Габибов.

Onun firincə, Rusiyada olduğu kimi Azərbaycanda da çox sayda kredit bürosunun yaradılmasına ehtiyac yoxdur. RF-də ilkin olaraq 55 kredit bürosu yaradılıb, ötən il isə onların sayı 28-dək azalıb.

Xəbər lenti

Xəbər lenti