...

Azərbaycanda sığorta xidmətlərinin aktiv növlərinin sayı artır – bazar iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 17:37 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığortanın tətbiq edilməsi haqqında qanunun tətbiq edilməsi ilk növbədə bazarda aktiv fəaliyyət göstərən sığorta xidmətləri növlərinin sayının artmasına xidmət edir.

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən icbari sığortanın tətbiq edilməsi haqqında qanunun tətbiq edilməsi ilk növbədə bazarda aktiv fəaliyyət göstərən sığorta xidmətləri növlərinin sayının artmasına xidmət edir. Bu sözləri çərşənbə axşamı Azərqarant sığorta şirkətinin İdarə Heyətinin sədr müavini Şükür Hüseyinov deyib.

Azərbaycan Parlamenti ötən həftə "İstehsalatda bədbəxt hadisələrdən və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsindən icbari sığorta haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

"Əgər hazırda bazarda cəmi 10-15 aktiv sığorta məhsulu varsa, o zaman onların sayı daha bir növ üzrə artacaq", - Hüseynov deyib.

Onun fikrincə, dünyada, o cümlədən Azərbaycanda nəticədə istehsalatda bədbəxt hadisə təhlükəsinin artdığı qlobal iqlim dəyişkənliyi və digər qlobal kataklizmlərə görə sığortanın bu növü aktual tətbiq edilir.

Hüseynovun fikrincə, sığorta bazarının inkişafı baxımından sığortanın bu növü üzrə sığortaçıların haqları minimum 100 faiz artacaq.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinın rəhbəri Namiq Xəlilovun fikrincə, sığortanın bu növü üzrə tarif minimum 0,1 faiz təşkil etməlidir. Xəsarətin kateqoriyasından asılı olaraq tariflər artacaq və iki faizi aşmayacaq.

Azerqarant sığorta şirkəti sığorta bazarında 1993-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 2,7 milyon manat təşkil edir. Şirkətin haqları yanvar-oktyabrda 0,07 milyon manatlıq ödəmələr sayəsində 0,47 milyon manat təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünavnı: [email protected]

Xəbər lenti

Xəbər lenti