...

"Palmali" şirkətlər qrupunun sifarişi ilə inşa edilən gəmi suya buraxılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 19:28 (UTC +04:00)
Türkiyənin "Çelik Tekne" gəmiqayırma zavodu "Palmali" şirkətlər qrupunun sifarişi ilə inşa edilən "Xankəndi" adlı tankeri suya buraxıb. İMO-2 tipli bu gəmi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın mərkəzi şəhərinin adını daşıyır.
"Palmali" şirkətlər qrupunun sifarişi ilə inşa edilən gəmi suya buraxılıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend /

Türkiyənin "Çelik Tekne" gəmiqayırma zavodu "Palmali" şirkətlər qrupunun sifarişi ilə inşa edilən "Xankəndi" adlı tankeri suya buraxıb. İMO-2 tipli bu gəmi Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın mərkəzi şəhərinin adını daşıyır. Bu barədə "Palmali"nin məlumatında deyilir.

"Palmali" gəmilərə qəhrəmanların, alimlərin və Azərbaycan ərazilərinin adının verilməsi ənənəsini davam etdirir. Məqsəd bu adlarla dünya ictimaiyyətini tanış etməkdir, - məlumatda deyilir. Təsadüfi deyil ki, "Xankəndi" tankeri bu ərazinin işğal edilməsinin 18-ci ildönümünə beş gün qalmış suya buraxılıb. Hazırda inşa edilən və 2010-cu ildə istismara veriləcək olan iki tanker də Şuşa və Xocalının adını daşıyır".

Kimyəvi məhsulların daşınması üçün nəzərdə tutulan yeni tankerin dedveyti 10 min tondur. Tankerin uzunluğu 142,98 metr, eni isə 21,7 metrdir. Gəmi beynəlxalq konvensiyalara və ekoloji standartlara uyğun inşa edilib.

Mərasimdə "Palmali" şirkətlər qrupunun vitse-prezidenti Maarif Mənsimov, digər rəhbər şəxslər və böyük nümayəndə heyəti, o cümlədən "Çelik Tekne" zavodunun əməkdaşları iştirak ediblər. "Palmali" şirkətlər qrupunun Bakı ofisinin mətbuat xidməti məlumat verib.

Şirkət əsasən neft və neft məhsulları (benzin, qazoyl, yanacaq, kerosin), həmçinin sənaye yağı nəql edir. Şirkətin quru yük gəmisi quru yüklərin bütün növlərini nəql edir.

Xəbər lenti

Xəbər lenti