...

Azərbaycan və BƏƏ hökumətlərarası komissiyanın ikinci iclasının yekunu üzrə protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 10:34 (UTC +04:00)
Azərbaycan və BƏƏ iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunu üzrə protokol imzalayıb. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.
Azərbaycan və BƏƏ hökumətlərarası komissiyanın ikinci iclasının yekunu üzrə protokol imzalayıb

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan və BƏƏ iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ikinci iclasının yekunu üzrə protokol imzalayıb. Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

"Protokolda ticarət, sənaye və enerji, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, gömrük işi, maliyyə və banklar, turizm kimi sahələr üzrə planlaşdırılmış tədbirlər və konkret istiqamətlər müəyyən edilib", - Mustafayev deyib.

Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycan və BƏƏ arasında mal dövriyyəsi 2007-ci ilə nisbətən 75,3% artıb, idxal 27,5%, ixrac isə 5,8 dəfə artıb. Lakin 2008-ci ilin analoji dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında ümumi ticarət həcmi 51,8%, idxal 50,3%, ixrac isə 52,7% azalıb.

"Bu azalmaya səbəb şirkətlərin dünya maliyyə böhranı ilə əlaqədar qısamüddətli perspektivdə öz xərclərini optimallaşdırması ola bilər. Fikrimcə, bu azalma qısamüddətli xarakter daşıyır. İki ölkə arasında ticarət potensialı böyükdür, bu istiqamətdə gələcəkdə də birgə işləməliyik", - Mustafayev deyib.

Onun sözlərinə görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın ÜDM-i 9% təşkil edib, sənaye istehsalı 8,2%, kənd təsərrüfatı 3,3%, əhalinin gəlirləri 6,2% artıb, strateji valyuta ehtiyatları isə 19,1 milyard dollar təşkil edib. 1993-cü ildən etibarən ölkə iqtisadiyyatına 61,7 milyard dollar investisiya yönəldilib ki, bunun 36,9 milyard dolları xarici investisiya, 24,8 milyard dolları isə daxili investisiya olub. Son 5 il ərzində Azərbaycanda 28 minə yaxın yeni müəssisə fəaliyyətə başlayıb, özəl sektorun ÜDM-də payı 2008-ci ildə 85%-ə çatıb. 760 min yeni iş yerləri yaradılıb. Yoxsulluq səviyyəsi 3 dəfədən çox azalaraq 13,2%-ə çatıb.

Xəbər lenti

Xəbər lenti