...

Ərəb ölkələrinin maliyyə institutları Türkmənistana iri həcmli kredit ayırmağı qərar alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 14:13 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 dekabr / Trend , müxbir H.Həsənov/

İslam İnkişaf Bankı və ərəb ölkələrinin bir sıra maliyyə institutları Türkmənistanda ümumi dəyəri 1 milyon dollar olan layihələrin həyata keçirilməsini investisiyalaşdırmaq qərarına gəliblər.

Rəsmi Türkmənistan mənbəsinin verdiyi məlumata görə, qərar Türkmənistan hökuməti və İİB, Səudiyyə İnkişaf Fondu, Küveytin Ərəb İqtisadi İnkişaf Fondu, OPEK Beynəlxalq İnkişaf Fondu və Əbu Dabi İnkişaf İondunun da daxil olduğu koordinasiya qrupunun bu yaxınlarda keçirilən iclası zamanı qəbul edilib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov sonuncu hökumət iclasında bu qərarın əhəmiyyətini qeyd edib.

"Bu, xarici sərmayədarların Türkmənistanla qarşılıqlı fəaliyyətin artırılmasına olan marağın sübutudur", - o deyib.

Yeni layihələr tibb müəssisələrinin inşasını, nəqliyyat infrastrukturu və kommunal sistemin yenidən qurulmasını və fərdi sahibkarlığa dəstəyi nəzərdə tutur.

Hazırki mərhələdə tərəflər qarşısında kredit sazişinin imzalanmasının qaydalarını razılaşdırmaq məsələsi durur. İİB öz kreditini 20-25 il müddətə verməyi planlaşdırır.

"Dünyanın bir çox ölkələrinin qarşılaşdıqları çətinliklərdən qaçmağı bacaran Türkmənistan qibtə oyada biləcək stabillik və dayanıqlıq nümayiş etdirir", - bu gün ölkə hökumətinin mətbuat xidməti qeyd edib.

Xəbər lenti

Xəbər lenti