...

Standard&Poors Azərbaycan bankı AGBank-ın reytinqini dəyişməz saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 16:08 (UTC +04:00)
Öz konservativliyi ilə fərqlənən Standard&Poors beynəlxalq reytinq agentliyi AGBank-ın reytinqini dəyişməz olaraq B-/Stable/C səviyyəsində saxladığını açıqlayıb.
Standard&Poors Azərbaycan bankı AGBank-ın reytinqini dəyişməz saxlayıb

Azərbaycan, Bakı, 24 dekabr / Trend /

Öz konservativliyi ilə fərqlənən Standard&Poors beynəlxalq reytinq agentliyi AGBank-ın reytinqini dəyişməz olaraq B-/Stable/C səviyyəsində saxladığını açıqlayıb. Bu barədə cümə axşamı bankdan yayılan məlumatda deyilir.

Məlumatda deyilir ki, AGBank-ın aktivləri ilin əvvəli ilə müqayisədə 15% artaraq 237,7 milyon manat, kredit portfeli 19% artaraq 186,2 milyon manat təşkil edib.

Aktivlərin artımının böyük bir hissəsini bankın əhalidən cəlb etdiyi vəsaitlər təşkil edib. İlin əvvəlindən etibarən fiziki şəxslərdən cəlb edilən müddətli əmanətlərin həcmi 19 milyon manat artaraq, 82 milyon manatı keçib.

"11 ay ərzində müşahidə olunan əmanətlərin 30%-lik artımı, bankın yüksək imicindən və bazarda güclü mövqeyindən irəli gələn nəticədir", - bankın məlumatında deyilir.

Dekabrın 24-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti