...

VTB Bank Azərbaycanın bank bazarında fəal əməliyyatlara istiqamətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir N.İsmayılova/

VTB Bank (Azərbaycan) 2010-cu ildə kredit portfelini 10 dəfə artırmağı planlaşdırır. Bu barədə cümə axşamı bankın İdarə Heyətinin sədri Oleq Krasnojon deyib.

"2009-cu ildə fəaliyyətə başlamağımıza baxmayaraq, bizim maliyyə göstəricilərimiz aşağıdır. Bankın kredit portfeli bu gün təxminən beş milyon manat təşkil edir, 2010-cu ildə biz bunu 10 dəfə artıracağıq, lakin 50 milyon manat da minumum göstəricidir", - Krasnojon deyib.

Onun sözlərinə görə, bankın biznes planına dair kredit portfelinin həcmi hüquqi şəxslər üzrə 47 milyon manata, fiziki şəxslər üzrə isə altı milyon manata çatdırılacaq. Proqnozlara əsasən, 2010-cu ildə bankın aktivləri 70 milyon manat təşkil edəcək.

"Biz həmçinin ölkənin valyuta və fond bazarındakı fəaliyyətimizi aktivləşdirmək niyyətindəyik. Bu gün biz Bakı Beynəlxalq Valyuta Birjasının işində iştirak edirik, qiymətli kağızlar bazarında isə səhmdarımızın törəmə müəssisəsi AtaHolding-in broker və diler xidmətlərindən istifadə edirik. Biz gələcəkdə bu xidmətlərin həyata keçirilməsi üzrə törəmə şirkət təsis etməyəcəyik, belə ki, bu bizi keyfiyyətli bank xidmətlərinin göstərilməsindən təcrid edir", - Krasnojon deyib.

Onun sözlərinə görə, bank həmçinin Azərbaycan İpoteka Fondunun və Sahibkarlığa Kömək Milli Fondunun üzvü olmaq niyyətindədir.

Hazırda VTB Bank (Azərbaycan) ASC-nin səhmlərinin 51 faizi Rusiyanın VTB Bank ASC-nə, 49 faizi isə Azərbaycan Respublikasının rezidentinə məxsusdur.

VTB qrupu Azərbaycan bazarına 2008-ci ilin sonlarında daxil olub. VTB Bank (Azərbaycan) №06/06-634 bank lisenziyasını 2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı tərəfindən alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti