...

Azərbaycan 2010-cu ildə də taxılın idxalını davam etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda kənd təsərrüfatı istehsalı 11 ayın yekununa əsasən 3,3% artıb. Bunu cümə axşamı Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

"2009-cu ilin yekunu üzrə ölkənin aqrar sektorunun artım sürəti 3,5-4% səviyyəsində gözlənilir", - nazir deyib.

Onun sözlərinə görə, ilk dəfə olaraq bu il taxıl istehsalı üzrə rekord göstərici əldə edilib. "Bu dövr ərzində ölkədə təxminən 3 milyon ton dənli və dənli paxlalı, o cümlədən 2,15 milyon tondan çox ərzaq taxılı istehsal edilib", - kənd təsərrüfatı naziri deyib.

Taxıl istehsalının həcmindən danışan nazir bildirib ki, məhsul yığımı üçün nəzərdə tutulan əkin sahələri 2010-cu ildə 153 min hektar azalıb.

"Gələn il əkin sahələrinin azalması ilə əlaqədar olaraq taxıl məhsulunun azalması gözlənilir. Əgər biz ölkənin tələbatını daxili istehsal hesabına ödəyə bilməsək, taxılın idxalı gələn il də davam etdiriləcək", - nazir deyib.

"2009-cu ildə həmçinin heyvandarlığın inkişafı üçün tədbirlər həyata keçirilib", - Abasov deyib.

Nazirin sözlərinə görə, aqrar sahə bütünlükdə davamlı olaraq inkişaf etməlidir və demək olmaz ki, nazirlik qoyulan məqsədlərin həyata keçirilməsindən razıdır, kənd təsərrüfatı - bu canlı sahədir və onun inkişafı gələn il də davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti