...

Azərbaycanın Qafqaz Lizinq şirkəti adlı istiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 19:17 (UTC +04:00)
25 dekabr 2009-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "Qafqaz Lizinq" MMC-nin faizli adlı sənədsiz istiqrazlarının satışına başlanacaq.
Azərbaycanın Qafqaz Lizinq şirkəti adlı istiqrazların yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 24 dekabr / Trend /

25 dekabr 2009-cu il tarixindən etibarən Bakı Fond Birjasında (BFB) "Qafqaz Lizinq" MMC-nin faizli adlı sənədsiz istiqrazlarının satışına başlanacaq. Bu barədə BFB-nin cümə axşamı yaydığı məlumatda deyilir.

"Dekabrın 22-də "Qafqaz Lizinq" MMC-nin dövlət qeydiyyat nömrəsi AZ200100891 olan faizli adlı sənədsiz istiqrazları Bakı Fond Birjasının qiymətsiz kağızına daxil edilib", - birjanın məlumatında deyilir.

Emissiyanın həcmi 200 min manat, qiymətli kağızların sayı - hər biri 1000 manat minimal dəyərdə olan 200 ədəd təşkil edir. Lizinq şirkətinin istiqrazlarının yerləşdirilmə anderrayteri "BoB Broker" MMC-dir.

Dekabrın 24-nə olan cari məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti